Konfrans Liqası: Təmsilçilərimizin cütlərinin mümkün rəqibləri seçilir

Konfrans Liqası: Təmsilçilərimizin cütlərinin mümkün rəqibləri seçilir

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında da 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Mediasport.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtilə saat 16:00-da başlanacaq.

Azərbaycanın üç təmsilçisinin cütlərinin mümkün rəqibləri də bu axşam məlum olacaq.

“Sabah” - “Makkabi” cütü səpələnmişlərdə, “Sumqayıt” - “Fehervar” və “Zirə” - Dak 1904 cütləri isə səpələnməmişlər sırasında yer alacaq.

Raundun 3-cü təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.

Püşkdən əvvəl UEFA komandaları qruplara bölüb.


“Sabah” - “Makkabi” cütünə rəqib 5 cüt var

“Sent Patriks” – “Vaduts”

“Mlada Boleslav” – “Transinvest”

“İberiya” – “Partizani”

“Radniçki” – “Mornar”

“Hunedora” - “Riyeka”


“Zirə” - DAK 1904 və “Sumqayıt” - “Fehervar” cütünə 6 rəqib cüt var

“Kopenhagen” – “Meqpays"

“Omoniya” – “Torpedo” Kutaisi

“Riqa” – “Şlensk”

“Olimpiya” – “Polessye”

“Zrinski” – “Bravo”

“Osiyek” – “Levadiya”