Kurtinaytis: "Biz aqressiv, sürətli oyun üslubuna üstünlük veririk"
"Oyunla bağlı deyiləcək çox söz yoxdur. Rotasiya ilə bağlı problemlərimiz davam edir".
Mediasport.az xəbər verir ki, bunu "Sabah"ın basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis FİBA Avropa Kubokunun G qrupunun 5-ci turunun "Marussi" ilə oyunundan (71:82) sonra deyib.
Mütəxəssis basketbolçularının zədədən əziyyət çəkdiklərini söyləyib:
"Oyunun gedişində Kamronun zədələnməsi yekun nəticəyə təsir etdi. Digər oyunçumuz Artyomsun zədəsi tam sağalmayıb. Buna görə az oynadı. Dəyişiklik imkanlarımız məhdud olduğu üçün 5 oyunçumuz 35 dəqiqə oyunda oldu. Bu, əsas problemdir".
Çalışdırıcı qarşılaşma ərzində səhvlərə yol verdiklərini də gizlətməyib:
"FİBA-nın mövcud reqlamentində yerli oyunçu potensialı çox əhəmiyyətlidir. Biz aqressiv, sürətli oyun üslubuna üstünlük veririk. Bu səbəbdən ehtiyat oyunçular skamyası çox vacibdir".