La Liqanın ən bahalı oyunçularının rəmzi komandası tərtib edilib
Məşhur “Transfermarkt” portalı futbol üzrə İspaniya La Liqasının ən bahalı oyunçularından ibarət rəmzi heyəti tərtib edib.
Mediasport.az xəbər verir ki, simvolik komandada “Barselona” və “Real”ın futbolçuları çoxluq təşkil edir.
Heyətə “Atletiko”dan da futbolçu düşüb.
Qapıçı: Mark-Andre ter Ştegen (35 milyon avro, "Barselona");
Müdafiəçilər: Alexandro Balde (40 milyon avro, "Barselona"), Eder Militao (70 milyon avro, "Real"), Ronald Arauxo (70 milyon avro, "Barselona"), Nauel Molina (35 milyon avro, "Atletiko");
Yarımmüdafiəçilər: Pedri (80 milyon avro, "Barselona"), Federiko Valverde (100 milyon avro, "Real"), Cud Bellingem (180 milyon avro, "Real");
Hücumçular: Vinisius Junior (150 milyon avro, "Real"), Rodriqo (100 milyon avro, "Real"), Lamin Yamal (75 milyon avro, "Barselona").