Laurentsiu Regekampf Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ
Ötən mövsüm "Neftçi"ni baş məşqçisi olmuş Laurentsiu Regekampfın yayda müqavilə bağladığı "Universitatya Krayova"dan 2 ay sonra ayrıldığı barədə məlumat vermişdik.
Mediasport.az xəbər verir ki,rumıniyalı mütəxəssisin Səudiyyə Ərəbistanı klubuna keçidi rəsmiləşib.
48 yaşlı çalışdırıcı Pro Liqa təmsilçisi "Əl-Tai" ilə rəsmi müqavilə bağlayıb.
Hail klubu 7 turdan sonra 7 xalla 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Regekampf Krayova təmsilçisi ilə 3 ay əvvəl müqavilə bağlamışdı.