Lider "Sərhədçi"yə qarşı
Azərbaycan Basketbol Liqasında (ABL) 13-cü turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşmanın keçirilməsi planlaşdırılıb.
Sərhədçi İdman Mərkəzində baş tutacaq oyunlarda öncə "Sərhədçi" "Sabah"la, sonra "Neftçi" "Sumqayıt"la qarşılaşacaq.
Turun açılış matçında "Xırdalan" "Gəncə"ni məğlub edib - 93:87.
Yarışın turnir cədvəlində 3 komanda - "Sabah", "NTD-İndiqo", "Xəzri" 22 xalla müvafiq olaraq, 1, 2 və 3-cü pillələri bölüşdürürlər.
Çempionatın aşkar autsayderi 12 xala sahib "Şəki"dir.
Azərbaycan Basketbol Liqası. 13-cü tur
2 fevral
16:00 "Sərhədçi" - "Sabah"
19:30 "Neftçi" - "Sumqayıt"
3 fevral
14:00 "Cəlilabad" - "Şəki"
4 fevral
14:00 "NTD-İndiqo" - "Xəzri"