Millimiz Avropa çempionatının yarımfinalında Ermənistana qarşı
Kosovonun paytaxtı Priştinada basketbol üzrə U-18 qızlar arasında Avropa çempionatında C divizionunun oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, B qrupunda yer alan Azərbaycan millisi 3-cü tur çərçivəsində Ermənistan seçməsilə qarşılaşacaq.
Görüş Bakı vaxtilə saat 16:30-da başlanacaq.
Xatırladaq ki, yığmamız əvvəlki iki matçda Albaniya (72:53) və Gürcüstana (74:68) qalib gələrək yarımfinala yüksəlib.