"Turan Tovuz"dan növbəti qələbə, "Sumqayıt" evdə "Araz-Naxçıvan"a uduzdu - Premyer Liqada 5-ci tur

"Turan Tovuz"dan növbəti qələbə, "Sumqayıt" evdə "Araz-Naxçıvan"a uduzdu - Premyer Liqada 5-ci tur

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçirilib.

Turnir cədvəlinin lideri, cari mövsümə uğurlu start verən "Turan Tovuz" evdə "Səbail"i məğlub edərək mövqeyini qoruyub.

"Sumqayıt" isə doğma azarkeşlər önündə "Araz-Naxçıvan"a uduzub.

Turun digər oyunları 31 avqust və 1 sentyabrda baş tutacaq.

Azərbaycan Premyer Liqası. 5-ci tur

30 avqust (cümə)

"Turan Tovuz" - "Səbail" 1:0

Qol: Alexandro Serrano, 33.

"Turan Tovuz": 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 13. Fərid Yusifli, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con, 21. Aleks Souza.

Ehtiyat oyunçular: 71. Mehman Hacıyev, 41. Sergey Samok, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 7. İsmayıl Zülfüqarlı, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 20. İbrahim Ramazanov, 9. Kristian da Silva, 6. Araş Qaderi, 11. Ayxan Quseynov.

Baş məşqçi: Kurban Berdiyev.

"Səbail": 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 5. Gitay Sofir, 14. Suleyman Alluş.

Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 17. Gülağa Əsədov, 10. David Qomis, 7. Madi Queta.

Baş məşqçi: Şahin Diniyev.

Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Cəmil Quliyev, Rəvan Həmzəzadə.

VAR: Elçin Məsiyev.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Asif Əliyev.

Tovuz şəhər stadionu.

 "Sumqayıt" - "Araz-Naxçıvan" 0:1

Qol: Miço Kuzmanoviç, 56.

"Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 11. Fernando Da Silva, 9. Nikola Vuynoviç, 23. Cordan Rezabala. 

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 3. Slaviça Radoviç, 99. Silvanus Nimeli, 60. Tresor Mossi. 

Baş məşqçi: Samir Abasov. 

"Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos. 

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 57. Elcan Məmmədov, 10. Bernardo Dias. 

Məşqçi: Rasim Ramaldanov. 

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Kamran Əliyev.

VAR: Kamal Umudlu.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Namiq Əliyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.