ÖZƏL! "Səbail" milli komandanın qapıçısı ilə 1 illik müqavilə bağladı

ÖZƏL! "Səbail" milli komandanın qapıçısı ilə 1 illik müqavilə bağladı

Bu gün qapıçı Emil Balayevlə yollarını ayıran "Səbail" onun yerini doldurub.

mediasport.az saytına daxil olan məlumata görə, Bayıl klubu heyətinə "Qəbələ" ilə müqaviləsi başa çatan Səlahət Ağayevi cəlb edib.

32 yaşlı əlcək sahibi ilə 1 illik müqavilə bağlanıb. Millimizin qapıçısı bunadək Azərbaycan Premyer Liqasında “İnter” (indiki "Şamaxı", 2008-2015, 2016-2017), MOİK (2011, icarədə), “Sumqayıt” (2012-2013, icarədə, 2016) və “Neftçi”nin (2017-2021) formasını geyinib. 2010-cu ildən yığmaya dəvət alan Ağayev milli komandada 21 oyun keçirib. O, Qəbələ klubuna ötən yay transfer edilmişdi.