Cəlalın komandası yenə uduzub
Futbol üzrə Bolqarıstan çempionatında 27-ci turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun da oynadığı "Arda" "Etar"la qarşılaşıb və uduzub (1:2).
21 yaşadək futbolçulardan ibarət milli komandamızın kapitanı həmin görüşdə sona qədər mübarizə aparıb.
"Arda" yarışın turnir cədvəlində 36 xalla yeddincidir.