"Səbail"in müdafiəçisi bombardirlər yarışında 2-ci sırada qərarlaşıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün ilk dövrəsi başa çatıb.
Mediasport.az xəbər verir ki, “Səbail” arxada qalan 9 turda ümumilikdə 19 futbolçunun xidmətindən istifadə edib.
Qapıçı Səlahət Ağayev və müdafiəçi Nir Bardea 9 oyunda meydana çıxan və əvəzlənməyən futbolçulardır.
Yusif Nəbiyev (9 oyun, 788 dəqiqə), Aleksandr Ramalinqom (9 oyun, 762 dəqiqə), Cabir Əmirli (9 oyun, 734 dəqiqə), Valdemar Almeyda Pana (9 oyun, 708 dəqiqə), David Qomis (9 oyun, 707 dəqiqə), Ağabala Ramazanov (9 oyun, 508 dəqiqə) və Yadin Luqasi də (9 oyun, 467 dəqiqə) 9 oyunun hamısında meydanda olub.
Bayıl klubu geridə qalan 9 turda 5 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət əldə edib və ilk dövrəni 3-cü pillədə başa vurub. “Səbail” 9 turda 15 qol vurub, 11 top buraxıb.
Komanda qol sayına görə yalnız “Qarabağ”dan geri qalıb. Ən məhsuldar futbolçu Aleksandr Ramalinqomdur. İlk dövrədə 4 qol vuran madaqaskarlı bombardirlər siyahısında ikinci pillədədir. Müdafiəçi Yusif Nəbiyev isə vurduğu 3 qolla ən məhsuldar ikinci futbolçudur.
Səlahət Ağayev – 9 oyun (810 dəqiqə)
Nir Bardea – 9 (810)
Yusif Nəbiyev – 9 (788)
Aleksandr Ramalinqom – 9 (762)
Cabir Əmirli – 9 (734)
Valdemar Almeyda Pana – 9 (708)
David Qomis – 9 (707)
Ağabala Ramazanov – 9 (508)
Yadin Luqasi – 9 (467)
Bahadur Həziyev – 9 (229)
Adi Mehremiç – 8 (720)
Pedro Nuno – 8 (655)
Anas Najah – 8 (479)
Rüfət Abdullazadə – 8 (91)
Süleyman Əhmədov – 7 (273)
Amil Yunanov – 6 (50)
Samir Abdullayev – 4 (17)
Adil Nağıyev – 1 (90)
Rafael Məhərrəmli – 1 (9)
Vurulan qollar: Aleksandr Ramalinqom (4), Yusif Nəbiyev (3), Nuno Pedro (2), David Qomis, Yadin Luqasi, Ağabala Ramazanov, Valdemar Almeyda Pana, Adi Mehremiç, Rüfət Abdullazadə.