Almaniya klubundan "Qarabağ"a maraqlı salamlama - FOTO

Almaniya klubundan "Qarabağ"a maraqlı salamlama - FOTO

UEFA Avropa Liqasında 2023/2024-cü illər mövsümünün qrup mərhələsinin püşkü atılıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" H qrupunda mübarizə aparacaq.

Təmsilçimizin rəqibləri "Bayer", "Molde" və "Heken" olacaq.

Almaniya klubu qrup rəqiblərini maraqlı salamlama ilə qarşılayıb. Leverkuzenlilər sosial şəbəkə hesablarında paylaşım edərək, rəqiblərini öz dillərində salamlayıblar.