"Liverpul" satılır!

"Liverpul" satılır!

İngiltərə nəhəngi "Liverpul" satışa çıxarılıb.

mediasport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin sahibi olan "Fenvey Sports Qrup" açıqlama verib.

Açıqlamada "Liverpul" üçün gələcək təkliflərin dəyərləndiriləcəyi bildirilib. Klubun satışına "Qoldmen Saçs" və "Morqan Stenli" bankları nəzarət edəcək.