AVRO-2024: Avstriya milli komandasının ilkin heyəti açıqlanıb
Futbol üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Avstriya millisinin ilkin heyəti müəyyənləşib.
Mediasport.az xəbər verir ki, baş məşqçi Ralf Ranqnik yığmaya 29 oyunçu dəvət edi, yekun siyahıda 26 nəfərin adı olacaq.
Avstriya iyunun 14-dən iyulun 15-dək davam edəcək yarışın D qrupunda mübarizə aparacaq.
Komandanın qrup rəqibləri Fransa, Niderland və Polşa seçmələri olacaq.
Qapıçılar: Niklas Hedl (“Rapid”), Tobias Laval (LASK), Hayns Lindner (“Yunion”, Belçika), Patrik Penz (“Brondbü”, Danimarka);
Müdafiəçilər: Flavius Daniluk (“Zalsburq”), Kevin Danso (“Lans”, Fransa), Ştefan Layner (“Borussia” M., Almaniya), Filipp Linhart (“Frayburq”, Almaniya), Filip Mvene (“Mayns”, Almaniya), Stefan Poş (“Bolonya”, İtaliya), Leopold Kverfeld (“Rapid”), Gernot Trauner (“Feyenoord”, Niderland), Maksimilian Vöber (“Borussiya” M., Almaniya);
Yarımmüdafiəçilər: Tierno Ballo (“Volfsberger”), Kristof Baumqartner (“Leypsiq”, Almaniya), Florian Qrilliş (“Hoffenhaym”, Almaniya), Marko Qrüll (“Rapid”), Florian Kayns (“Köln”, Almaniya), Konrad Laymer (“Bavariya”, Almaniya), Aleksandr Prass (“Şturm”), Marsel Sabitzer (“Borussia” D., Almaniya), Romano Şmid (“Verder”, Almaniya), Matias Zaydl (“Rapid”), Nikolas Zayvald (“Leypsiq”, Almaniya), Patrik Vimmer (“Volfsburq”, Almaniya);
Hücumçular: Marko Arnautoviç (“İnter”, İtaliya), Maksimilian Entrup (“Hartberq”), Maykl Qreqoriş (“Frayburq”, Almaniya), Andreas Veymann (“Vest Bromviç”, İngiltərə).