Bəhlul Mustafazadənin atasının komandası kobud səhvə yol verib
Dünən Azərbaycan 2-ci Liqasında 8-ci tura start verilib.
Mediasport.az xəbər verir ki, ilk oyun günündə baş tutan 3 matçdan birində ciddi qayda pozuntusu qeydə alınıb.
Binədə keçirilmiş “Dinamo” - "Kür-Araz" qarşılaşmasında qonaqlar əsasnaməni pozublar. İmişli təmsilçisi 3:2 hesablı qələbə qazansa da, texniki məğlubiyyət alacaq.
Azərbaycan yığması və "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayevin baş məşqçisi olduğu komandanın heyətində adı protokola daxil edilməyən futbolçu meydana çıxıb.
Ceyhun Quliyev 81-ci dəqiqədə Cavidan Musazadəni əvəzləyib.