Macarıstanlı məşqçi: "Qəbələ" haqda çox məlumatımız yoxdur"

Macarıstanlı məşqçi: "Qəbələ" haqda çox məlumatımız yoxdur"

Macarıstanın "Puşkaş Akademiya" klubunun U-19 komandasının baş məşqçisi Qabor Şekeli UEFA Gənclər Liqasının seçmə mərhələsinin ilk turunda qarşılaşacaqları “Qəbələ” haqqında bağlı fikirlərini bildirib.

Mediasport.az xəbər verir ki, macar məşqçi təmsilçimiz barədə məlumatsız olduqlarını deyib:

"Biz Azərbaycandan uzaqda olan ölkəyə gedə bilməzdik. Amma belə matçların mahiyyəti budur ki, fərqli futbol mədəniyyəti ilə tanış ola bilək. "Qəbələ" haqda çox məlumatımız yoxdur. Bizim klubun peşəkar kadları var. Hazırlıq zamanı rəqib haqqında bizə lazım olan məlumatları toplaya biləcəyik. Mümkün qədər irəliləmək vacibdir, belə turnirlər ilk növbədə gənc futbolçularımızın inkişafı üçün lazımdır".

"Qəbələ" - "Puşkaş Akademiya" matçları oktyabrın 4-ü və 25-də baş tutacaq.