Milli komandamız hazırlığa Mahir, Musa və Şahruddinsiz start verib
AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda İsveç (16 noyabr) və Belçika (19 noyabr) yığmaları ilə qarşılaşacaq Azərbaycan millisi bu gün hazırlığa start verib.
Mediasport.az xəbər verir ki, komandamız çalışmalara “Dalğa Arena”dakı təlim-məşq bazasında başlayıb.
Milli sabaha qədər tam heyətlə hazırlaşmayacaq.
"Adana Dəmirspor"dan Şahruddin Məhəmmədəliyev, "Yurqorden"dən Musa Qurbanlı və "Dinamo"dan (Xorvatiya) Mahir Emreli düşərgəyə bu gün axşam saatlarında qoşulacaq.