Dünya çempionatının sonuncu günündə Xaniyevdən qızıl medal
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı başa çatıb.
Mediasport.az xəbər verir ki, son yarış günündə Maqomed-Başir Xaniyev (70 kq) dünya çempionu olub.
Güləşçilərimiz turnirdə ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.
Jalə Əliyeva (57 kq), Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Ruslan Abdullayev (61 kq), Arseniy Djioyev (86 kq) gümüş, Nihad Quluzadə (60 kq), Xasay Həsənli (77 kq) Cəbrayıl Qadjiyev (74 kq) bürünc medala yiyələniblər.