Azərbaycan milli komandası Bakıda Portuqaliyaya uduzdu

Azərbaycan milli komandası Bakıda Portuqaliyaya uduzdu

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya ilə qarşılaşıb.

Mediasport.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi yığmamız rəqibinə böyük hesabla məğlub olub.

Komandalar arasında cavab matçı oktyabrın 29-da Braqa şəhərində reallaşacaq.

Cütün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununun üstün tərəfi ilə üz-üzə gələcək.


Avropa çempionatı. Pley-off mərhələsi


Azərbaycan - Portuqaliya 1:4

Qollar: Nazlıcan Parlaq, 58 - Ana Kapeta, 5, Tatyana Pintu, 10, Diana Qomeş, 26, Diana Silva, 89.

Baş hakim: Fabien Mişel (Almaniya).

Baş hakimin köməkçiləri: Melissa Cos (Almaniya), Amina Sara Qutsçi (Avstriya).

Dördüncü hakim: Karolina Vaker (Almaniya).

VAR hakimləri: Katrin Rafalski, Yohann Pfeyfer (hər ikisi Almaniya).

Hakim-inspektor: Blajenka Loqaruşiç (Xorvatiya).

UEFA nümayəndəsi: Sanya Boşanaç Perişiç (Monteneqro).

"Dalğa Arena".

Azərbaycan: Aytac Şərifova, Alina Dorofeyeva, Nigar Mirzəliyeva, Jalə Mənsimova, Diana Məmmədova, Mana Mollayeva, Nazlıcan Parlak, Eliz Açar, Peritan Bozdak, Kristina Bakarandze, Sevinc Cəfərzadə (k).

Portuqaliya: İnyes Pereyra, Ana Borgeş (k), Katarina Amado, Diana Qomeş, Joana Marşao, Andreya Yasinto, Tatyana Pintu, Nazaret, Telma Enşarnaşao, Ana Kapeta, Karola Koşta.