Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi mübarizəyə start verir
Bu gün Albaniyanın paytaxtı Tiranada böyüklər arasında güləş üzrə qeyri-olimpiya çəki dərəcəsində dünya çempionatı start götürəcək.
Mediasport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan dörd yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
Üçqat dünya çempionu Eldəniz Əzizli (55 kq) 1/8 finalda Almaniya təmsilçisi Bayram Sina ilə qarşılaşacaq.
Nihat Məmmədli (63 kq) təsnifat mərhələsində İldar Hafizovla (ABŞ) üz-üzə gələcək.
Ülvü Qənizadə (72 kq) 1/8 finalda Otar Abuladze (Gürcüstan) - Dariuş Atilla Vitek (Macarıstan) cütünün qalibi ilə görüşəcək.
Qurban Qurbanov (82 kq) isə təsnifat mərhələsində Kevin Kupi (Albaniya) ilə münasibətlərini aydınlaşdıracaq.
Mundiala oktyabrın 31-də yekun vurulacaq.