Avropa çempionatı: Portuqaliya - Azərbaycan matçının hakimləri
Sabah qadınlar arasında Avropa çempionatının birinci pley-off mərhələsinin cavab dueli çərçivəsində keçiriləcək Portuqaliya - Azərbaycan oyununun hakimləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Vizelada baş tutacaq matçı Niderlanddan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Qarşılaşmada əsas söz sahibi Şona Şukrula olacaq.
Ona Martina Boer və Eşli da Haan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yulia van Es yerinə yetirəcək.
Görüş Bakı vaxtilə saat 22:45-də başlanacaq.
İlk oyunda portuqallar Bakıda 4:1 hesablı qələbə qazanıblar.