Azərbaycanın sərbəst güləş millisi dünya çempionatında 3-cü oldu

  Azərbaycanın sərbəst güləş millisi dünya çempionatında 3-cü oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatı başa çatıb.

Mediasport.az xəbər verir ki, Azərbaycanın sərbəst güləş üzrə millisi mundialda 1 qızıl 2 gümüş və 1 bürünc medal qazanmaqla komanda hesabında dünya üçüncüsü olub.

100 xal toplayan yığmamız İran (158) və Yaponiyadan (102) geri qalıb.

Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (57 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb.