Məşhur şirkət Azərbaycan klubunun baş sponsoru olub

Məşhur şirkət Azərbaycan klubunun baş sponsoru olub

Futbol üzrə Azərbaycan 1-ci Liqa təmsilçisi “Zaqatala” ilə "AGA Group" şirkətinin “Music Gallery” mağazalar şəbəkəsi arasında tərəfdaşlıq müqaviləsi bağlanıb.

Futbolun İnkişaf Fondundan (FİF) Mediasport.az saytına verilən məlumata görə, bu gün tərəflər arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Tərəfdaşlıq müqaviləsini “Zaqatala” futbol klubunun İdarə Heyətinin sədri Şaban Şirdanov və “AGA Group”un təsisçisi Aydın Demirçi imzalayıblar. 

FİF-in icraçı direktoru Tural Piriyev təşkilatın vasitəsilə ölkə futboluna daha bir özəl sektor nümayəndəsinin cəlb olunmasından qürur duyduğunu bildirib və "AGA Group"un rəhbərliyinə bölgə klubuna dəstəyə görə təşəkkür edib. 

“Zaqatala” PFK-nın İdarə Heyətinin üzvü Musa Qurbanov, “AGA Group”un təsisçisi Aydın Demirçi və icraçı direktoru Qafar Demirçi ilə yanaşı, “Music Gallery”nin direktoru Məsməxanım Ağayeva çıxış edib. 

Hər iki tərəf bölgə futboluna dəstəyin vacibliyini vurğulayaraq, əməkdaşlığın uğurlu olacağına inandıqlarını bildiriblər.