Avroliqada PÜŞK ATILDI: "Qarabağ"ın rəqibləri müəyyənləşdi

Avroliqada PÜŞK ATILDI: "Qarabağ"ın rəqibləri müəyyənləşdi

UEFA Avropa Liqasında 2023/2024-cü illər mövsümünün qrup mərhələsinin püşkü atılıb.

Mediasport.az xəbər verir ki, tədbir Monakoda baş tutub.

Əvvəlki kimi, AL-in yeni mövsümündə də hərəsində 4 kollektiv olmaqla, 32 komanda 8 qrupda mübarizə aparacaq.

Tarixində 8-ci dəfə bu turnirin qruplarına düşən Azərbaycan çempionu "Qarabağ"ın rəqibləri də müəyyənləşib. Ağdam təmsilçisi "H" qrupunda yarışacaq.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.


UEFA Avropa Liqası. Qrup mərhələsi


A qrupu: "Vest Hem" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya), "Baçka Topola" (Serbiya)

B qrupu: "Ayaks" (Niderland), "Olimpik" (Marsel, Fransa), "Brayton" (İngiltərə), AEK (Yunanıstan)

C qrupu: "Reyncers" (Şotlandiya), "Betis" (İspaniya), "Sparta" (Çexiya), "Aris" (Kipr)

D qrupu: "Atalanta" (İtaliya), "Sportinq" (Portuqaliya), "Şturm Qras" (Avstriya), "Rakuv" (Polşa)

E qrupu: "Liverpul" (İngiltərə), LASK (Avstriya), "Yunion" (Belçika), "Tuluza" (Fransa)

F qrupu: "Vilyarreal" (İspaniya), "Renn" (Fransa), "Makkabi" (Hayfa, İsrail), "Panatinaikos" (Yunanıstan)

G qrupu: "Roma" (İtaliya), "Slaviya" (Çexiya), "Şerif" (Moldova), "Servette" (İsveçrə)

H qrupu: "Bayer" (Almaniya), "Qarabağ" (Azərbaycan), "Molde" (Norveç), "Heken" (İsveç)