Dünya çempionatının gətirdiyi fəlakət: Azarkeş futbola baxmaqdan iflic oldu

Dünya çempionatının gətirdiyi fəlakət: Azarkeş futbola baxmaqdan iflic oldu

Dünya Kuboku-2022 Çində faciəyə səbəb olub.

mediasport.az xəbər verir ki, Çao adlı azarkeş fasiləsiz oyunlara baxdığı üçün iflic olub.

Mundialın heç bir görüşünü qaçırmaq istəməməsi 26 yaşlı fanatın həyatı bahasına başa gəlib.

Həkimlər götürdükləri analizlərdən sonra bildiriblər ki, azarkeş sutka ərzində cəmi 2 saat yatırmış. Ona üz iflici diaqnozu və ümumiyyətlə uzun müddət televizora baxmaq qadağası qoyulub.