Ramillə Vüsalın oynadığı klublar Superliqaya çıxmaq şanslarını itirdi
Azərbaycan milli komandası futbolçularının formasını geyindiyi kollektivlər Türkiyə Superliqasına vəsiqə uğrunda görüşlərdə məğlub olublar.
Mediasport.az xəbər verir ki, 1-ci Liqada pley-off oyunları çərçivəsində Ramil Şeydayevin heyətində çıxış etdiyi "Kocaelispor" "Çorum"a uduzaraq şansını itirib - 1:2. Ramil 90 dəqiqə meydanda olub.
Vüsal İsgəndərlinin oynadığı "Boluspor" isə "Bodrum"la bacara bilməyib - 0:2. Vüsal 71 dəqiqə oynamaq imkanı qazanıb.
Bu görüşlərdə qələbə qazanan komandalar növbəti mərhələdə bir-biri ilə yarışacaqlar.
Qalib tərəf mayın 30-da mini-finalda "Sakaryaspor"la münasibətlərini aydınlaşdıracaq və Superliqanın daha bir iştirakçısı müəyyənləşəcək.