"Santuşla bağlı danışmağa çox da ehtiyac yoxdur" - Sərxan Hacıyev"
"Fernandu Santuşla bağlı danışmağa çox da ehtiyac yoxdur. Dünyaca tanınmış məşqçidir. Müxtəlif yığmalarda bir sıra uğurları olub".
Mediasport.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
Federasiya rəsmisi bu gün keçirilən təqdimat mərasimində portqaliyalı mütəxəssisə inandıqlarını bildirib:
"Portuqaliya millisi ilə Avropa çempionu olub. Yunanıstan millisində yaxşı işlər görərək bu komandanı dünya çempionatına çıxarıb. Buna görə bəzi məqamları nəzərə aldıq. Əsas məqsədlərdən biri 2028-ci ildə Avropa çempionatının seçmə mərhələsində uğurlu nəticə göstərmək olacaq.
Bu illər ərzində müəyyən layihə çərçivəsində, işlər görəcəyik ki, bu nəticəni əldə edək. AFFA rəhbərliyi ilə Santuş arasında qarşılıqlı inam var. Danışıqlar prosesinə əsasən onun da bizə inandığını dilə gətirə bilərəm. Millimizin müəyyən oyunlarına baxıb. Komandamıza da inandığını bildirib. Bunları da nəzərə alaraq, düşünürük ki, uğurlu iş birliyi olacaq və uzunmüddətli perspektivlərdə müsbət nəticə əldə olunacaq".
Qeyd edək ki, AFFA Fernandu Santuşa 3+1 illik müqavilə bağlayıb.