İddiaçılar Turniri davam edir: Nicat Abasov 6-cı dəfə heç-heçə edib

İddiaçılar Turniri davam edir: Nicat Abasov 6-cı dəfə heç-heçə edib

Kanadanın Toronto şəhərində keçirilən şahmat üzrə İddiaçılar Turnirində 9-cu turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, turnirdə yarışan Azərbaycan təmsilçisi Nicat Abasov İtaliya əsilli amerikalı Fabiano Karuana ilə qarşılaşıb.

Ağ fiqurlarla oynayan 29 yaşlı şahmatçımız yarışda 6-cı dəfə bərabərə qalıb.

Xal hesabını 3-ə çatdıran Nicat 8-ci pillədə qərarlaşıb.

İlk iki pillədə Dommaracu Qukeş (Hindistan) və Yan Nepomnyaşi (FİDE) qərarlaşıb.

Şahmatçımız bu axşam 10-cu tur çərçivəsində Hikaru Nakamura ilə üz-üzə gələcək.