Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə vəsiqə verəcək

Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə vəsiqə verəcək

Gələn il iyulun 29-dan avqustun 26-dək Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku 2023-cü il İddiaçılar Turnirinə 3 vəsiqə verəcək.

mediasport.az xəbər verir ki, yarışda ilk 3 pilləni tutan qrossmeysterlər şahmat tacı uğrunda mübarizə aparmaq hüququ qazanacaqlar.

İddiaçılar Turnirinə digər 5 vəsiqənin sahibi isə Dünya çempionatının qalibi, "Grand Swiss" turnirində 1 və 2-ci yeri tutanlar, FIDE reytinqli turnirlərdə 1 il ərzində ən yüksək nəticə əldə edən şahmatçı və 1 yanvar 2024-cü il üçün ən yaxşı reytinqə malik qrossmesyster olacaq.