"Səbail"dən ardıcıl 4-cü qələbə, "Kəpəz" "Sabah"dan da xal alıb

"Səbail"dən ardıcıl 4-cü qələbə, "Kəpəz" "Sabah"dan da xal alıb

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun daha iki qarşılaşması keçirilib.

Mediasport.az xəbər verir ki, günün ilk matçı Masazır qəsəbə stadionunda oynanılıb.

Mövsümə qeyri-sabit başlayan "Sabah" autsayderlər sırasından qurtulmağa çalışan "Kəpəz"i də məğlub edə bilməyib. Qeyd edək ki, Gəncə təmsilçisi bu mövsüm "Neftçi"ni evdə məğlub edib, "Qarabağ"la səfər görüşündə isə 1 xal qazanıb.

Bayılda isə işləri qaydasında gedən "Səbail"lə "Araz-Naxçıvan"ın dueli maraqlı alınıb və Şahin Diniyevin komandası Premyer Liqada ardıcıl 4-cü qələbəsini rəsmiləşdirib.


Azərbaycan Premyer Liqası. 7-ci tur


19:30. “Səbail” – “Araz-Naxçıvan” 1:0

Qol: Pedru Nunu, 46+1 (p).

Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: İlham Əliyev

“ASCO Arena

Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 44. Yadin Luqasi.

Baş məşqçi: Şahin Diniyev.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 23. Nuno Rodriqes.

Baş məşqçi: Azər Bağırov.


Sabah – Kəpəz 2:2

Qollar: Con İrasabal, 24, Boyan Letiç, 51-pen., - Abdullahi Şuaybu, 8, Giorgi Papunaşvili, 60.

Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rahil Ramazanov, Cavid Cəlilov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Azər Əsgərov

“Bank Respublika Arena”, 17:00

Sabah: 16. Rustam Samiqullin, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris, 12. Vensan Til.

Ehtiyat oyunçular: 1. Yusif İmanov, 75. Emil Həbibov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 18. Davit Volkov, 70. Cesse Sekidika, 27. Jarl Marqarita.

Baş məşqçi: Murad Musayev.

Kəpəz: 12. Kamran İbrahimov, 11. Elnur Cəfərov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 19. Abdullahi Şuaybu.

Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fal, 21. Martins Junior.

Baş məşqçi: Azər Məmmədov.



1 Zirə 7 5 1 1 7-3 16
2 Səbail 7 4 1 2 12-9 13
3 Turan Tovuz 7 3 2 2 11-8 11
4 Qarabağ 6 3 1 2 9-5 10
5 Araz-Naxçıvan 7 3 1 3 7-8 10
6 Neftçi 7 2 3 2 6-5 9
7 Sumqayıt 6 2 2 2 7-5 8
8 Sabah 6 1 2 3 8-9 5
9 Kəpəz 7 1 2 4 5-11 5
10 Qəbələ 6 1 1 4 4-13 4