“Qarabağ” çox güclü komandadır, avrokubok təcrübəsi böyükdür"

“Qarabağ” çox güclü komandadır, avrokubok təcrübəsi böyükdür"

“Bu, artıq 1/8 finaldır, qrup deyil. Qarabağ” çox güclü komandadır, avrokubok təcrübəsi böyükdür.

Mediasport.az xəbər verir ki, bunu Almaniyanın “Bayer” klubunun baş məşqçisi Şabi Alonso deyib.

İspan mütəxəssis sabah Bakıda “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin matçından öncə mətbuat konfransında iştirak edib.

O, Azərbaycana iddialı yollanacaqlarını qeyd edib:

“Qarabağ”ın pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə keçirdiyi hər iki oyununu təhlil etmişik. Tipik “Qarabağ” performansı gördük. Təhlükəli çıxış etdilər və uğur qazandılar. 10 nəfərlə mübarizə aparsalar da, sona qədər əzmkar çıxış etdilər”.

Alonso bir müddət əvvəl “Bayer”in düşərgəsində olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşündən də bəhs edib:

“Qurban Qurbanovla yaxşı söhbətimiz oldu, aramızda gizlədiləsi heç nə yoxdur. O, yaxşı məşqçidir”.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.