"Sumqayıt" 1-ci Liqa klubuna 6 qol vurdu, yeni transfer het-trik etdi
Azərbaycan Premyer Liqasında "Sabah"la oyunu təxirə salınan "Sumqayıt" yoxlama görüşündə qüvvəsini sınayıb.
mediasport.az xəbər verir ki, eyniadlı şəhərdə baş tutan matçda "gənclik şəhəri" təmsilçisinin rəqibi 1-ci Liqa klubu MOİK olub.
"Kimyaçılar" rəqib qapısından 6 top keçiriblər, yeni transferlərdən Erik Sorqa het-trik edib - 6:1. Digər qolları da komandaya yeni cəlb olunan futbolçular vurublar - Roi Kehat, Rövlan Muradov və Kamran Əliyev.