Millimizin rəqibləri müəyyənləşib

  Millimizin rəqibləri müəyyənləşib

Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 millisinin Olimpiya təsnifat turnirindəki rəqibləri bəlli olub.

Mediasport.az xəbər verir ki, yığmamız Polşa, Çili, Honkonq, Macarıstan, Niderland, Misir və Monqolustanla qarşılaşacaq.

Turnirin harada təşkil olunacağı hələ açıqlanmayıb. Reqlamentə görə, yalnız qalib komanda Paris Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.