"Qarabağ"ın AL rəqibi evdə əzmkar geridönüşlə qələbə qazandı

"Qarabağ"ın AL rəqibi evdə əzmkar geridönüşlə qələbə qazandı

Futbol üzrə Fransa çempionatında 3-cü turun oyunlarına start verilib.

Mediasport.az xəbər verir ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən "Olimpik" (Lion) açılış matçında qələbə qazanıb.

Komanda hesabda 3 dəfə geri düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirərək 3 xalı aktivinə yazdırıb.

Fransa Liqa 1. 3-cü tur

30 avqust

"Olimpik" (Lion) - "Strasburq" 4:3

Qollar: Korentin Tolisso, 45+2, Ensli Meytlend-Naylz, 61, Gift Orban, 63, 72 - Sebastian Nanasi, 3, Andrey Santos, 48, Emanuel Emeqa, 58.