"Real" çempionluğu rəsmiləşdirib - "Kral klubu"nun 36-cı La Liqa zəfəri

"Real" çempionluğu rəsmiləşdirib - "Kral klubu"nun 36-cı La Liqa zəfəri

İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün çempionu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, əlçatmaz "Real" qızıl medalları vaxtından əvvəl qazanıb.

Karlo Ançelottinin baş məşqçisi olduğu Madrid klubu 34-cü turda evdə "Kadis"i 3:0 hesabı ilə məğlub edərək tarixdə 36-cı çempionluğunu rəsmiləşdirib.

"Kral klubu" sona 4 tur qalmış ən yaxın izləyicisi "Jirona"nı 13 xal qabaqlayır.

Qeyd edək ki, hesabat turunda məhz "Jirona"ya uduzan (2:4) kataloniyalıların aktivində 27 çempionluq var.