Marko Veşoviç və Edvin Kuçlu Monteneqro millisi Uelsə qarşı

Marko Veşoviç və Edvin Kuçlu Monteneqro millisi Uelsə qarşı

UEFA Millətlər Liqasında 2-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma baş tutacaq.

"Qarabağlı" Marko Veşoviçin və "Neftçi"li Edvin Kuçun da çıxış etdiyi Monteneqro Uelslə üz-üzə gələcək.

Birinci tur Uelslə heç-heçə edən Türkiyə (0:0) bu dəfə İzmirdə İslandiyanı qəbul edəcək.

Bir neçə gün öncə İtaliyaya uduzan Fransa (1:3) Belçika ilə qarşılaşacaq.

UEFA Millətlər Liqası. 2-ci tur

9 sentyabr

A Liqası. 2-ci qrup

22:45 Fransa - Belçika

22:45 İsrail - İtaliya

B Liqası. 3-cü qrup

22:45 Norveç - Avstriya

22:45 Sloveniya - Qazaxıstan

B Liqası. 4-cü qrup

22:45 Monteneqro - Uels

22:45 Türkiyə - İslandiya

C Liqası. 2-ci qrup

20:00 Kipr - Kosovo

22:45 Rumıniya - Litva