Türkiyə millisində növbəti itki: Ozan da "AVRO-2024"ü buraxacaq
Türkiyə milli komandasının daha bir futbolçusunun iyunun 14-də start götürəcək Avropa çempionatında iştirak etməyəcəyi dəqiqləşib.
Mediasport.az xəbər verir ki, Ozan Kabak Almaniyada keçiriləcək qitə birinciliyini buraxacaq.
İtaliya yığması ilə dünən keçirilən yoldaşlıq matçında zədələnən 24 yaşlı müdafiəçinin sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb.
Xatırladaq ki, daha əvvəl hücumçu Enes Ünal və müdafiəçi Çağlar Söyüncünün də zədə səbəbindən Almaniyaya yollanmayacağı açıqlanıb.