"Qəbələ"nin üzvü Almaniyada niderlandlı ilə qarşılaşacaq

"Qəbələ"nin üzvü Almaniyada niderlandlı ilə qarşılaşacaq

“Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirəcək.

Klubdan mediasport.az saytına verilən məlumata görə, 28 yaşlı idmançı “Glory82” turnirində iştirak edəcək.

Bu gün keçiriləcək döyüş Almaniyanın Bonn şəhərində təşkil olunacaq. “Maritim Hotel”də baş tutacaq döyüşdə Alimin rəqibi Niderland təmsilçisi Endi Semelir olacaq.

Yarımorta çəki dərəcəsində çıxış edən kikboksçu peşəkar karyerasında 62-ci döyüşünə çıxacaq. Alimin hesabında 53 qələbə və 8 məğlubiyyət var. Niderlandlı döyüşçü isə 33 görüşün hamısında qalib gəlib.

İdmançımız bu təşkilatın yarışlarında keçirdiyi 8 döyüşün 6-nı qalib başa vurub.