Kikboksinq üzrə Respublika Kubokunun qalibləri müəyyənləşdi

Kikboksinq üzrə Respublika Kubokunun qalibləri müəyyənləşdi

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) 2022-ci il üçün son yarışı başa çatıb.

mediasport.az xəbər verir ki, Bakı İdman Sarayındakı Respublika Kubokunda çıxış edən AKF-nin prezidenti Orxan Əliyev 2022-ci ildə Azərbaycanda kikboksinq nəticələrinin daha da yaxşılaşdırılmasından danışıb.

Federasiya rəhbəri bildirib ki, İslamiadada göstərdikləri nəticəyə görə meydan sahibi Türkiyə və Qazaxıstandan sonra 3-cü yeri tutmaları, yeniyetmə və gənclərin dünya, böyüklərin Avropa çempionatında medalların sayının rekord səviyyəyə çatması kikboksinqin Azərbaycanda inkişafda olmasının göstəricisidir.

10 seçilmiş final döyüşünə start verilib və ilin son yarışının qalibləri müəyyənləşib. Komanda hesabında DİN İC birinci yeri tutub.


Lou kik

51 kq Sübhan Məmmədov ("Ağcabədi Birlik" İK)

57 kq Murad Nuruzadə (DİN İC)

60 kq. Amin Quliyev (DİN İC)

63,5 kq. Qiyas Şahmərdanov (ZV İK)

67 kq. Arzuman Qədimov ("Naxçıvan" İK)

75 kq. Elxan Əliyev ("Samux" İK)

81 kq. Elcan Alkişiyev ("Sərhədçi" İK)


Ful kontakt

60 kq. Əsgər Rəhimov ("Qarabağ" İK)

63,5 kq. Fərid Ağamoğlanov (DİN İC)

81 kq. İlqar Zeynallı (FHN İSM)