İdmançımız Ümumdünya Kombat Oyunlarının çempionu olub
Azərbaycan kikboksçusu Amin Quliyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən III Ümumdünya Kombat Oyunlarında qızıl medal qazanıb.
Mediasport.az xəbər verir ki, "Lou kik" üzrə 60 kq-da mübarizə aparan idmançımız finalda ötən il Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəylik Oyunlarının qalibi Əli Atabərk Gürbüzcandan güclü olub.
Qeyd edək ki, bu, multiidman yarışında Azərbaycan Kikboksinq Federasiyası idmançılarının 2023-cü ildə qazandığı ikinci böyük nailiyyətdir.
Daha əvvəl Fərid Ağamoğlanov Polşanın Mışlenitse şəhərində keçirilən III Avropa Oyunlarının qalibi olmuşdu.