Azərbaycan Kubokunda 1/4 final: Hansı komanda daha üstündür?

 Azərbaycan Kubokunda 1/4 final: Hansı komanda daha üstündür?

Növbəti həftə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin qarşılaşmaları keçiriləcək.

Mediasport.az xəbər verir ki, matçlar iki oyun gününü əhatə edəcək.

Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə kuboku tarixində əvvəlki görüşlərinin balansını təqdim edir.


Azərbaycan Kuboku. 1/4 final


5 fevral (çərşənbə)

 “Kəpəz” – “Neftçi” – 12 oyun, +4=2-6, top fərqi – 10-15

“Neftçi” son 6 matçda qol vurub. “Kəpəz” son 7 görüşdə qələbə qazanmayıb.

1995/96 1/4 final Kəpəz (Gəncə) - Neftçi (Bakı) 1:0, 0:2 

1997/98 1/2 final Neftçi (Bakı) - Kəpəz (Gəncə) 1:2, 1:2

1999/2000 1/2 final Kəpəz (Gəncə) - Neftçi (Bakı) 1:0, 0:0 

2000/01 1/4 final Neftçi (Bakı) - Kəpəz (Gəncə) 1:0, 3:1 

2010/11 1/8 final Gəncə - Neftçi (Bakı) 1:3

2011/12 1/4 final Kəpəz (Gəncə) - Neftçi (Bakı) 1:2, 1:1

2013/14 1/8 final Neftçi (Bakı) - Kəpəz (Gəncə) 1:0


“Sabah” – “Sumqayıt” – 1 oyun, +0=0-1, top fərqi – 0-3

Əvvəlki yeganə görüşdə “Sumqayıt” böyük hesabla qalib gəlib. “Gənclik şəhəri” təmsilçisi qapısını toxunulmaz saxlayıb.

2017/18 1/8 final Sumqayıt - Sabah (Bakı) 3:0


6 fevral (cümə axşamı) 

 “Araz-Naxçıvan” – “Zirə” – indiyədək qarşılaşmayıblar


“Səbail” – “Qarabağ” – 1 oyun, +0=0-1, top fərqi – 0-5

Komandalar arasında yeganə qarşılaşmada “Qarabağ” böyükhesablı qələbə qazanıb. “Səbail” qol vurmayıb.

2016/17 1/8 final Qarabağ (Ağdam) - Səbail (Bakı) 5:0