FİFA rəsmisi Elxan Məmmədov: “Rusiya futbolunun beynəlxalq arenaya qayıtmasını arzulayıram"

FİFA rəsmisi Elxan Məmmədov: “Rusiya futbolunun beynəlxalq arenaya qayıtmasını arzulayıram"

“Rusiya futbolunun tezliklə beynəlxalq arenaya qayıtmasını arzulayıram".

Mediasport.az "Sport-Ekspress"ə istinadən xəbər verir ki, bunu FIFA-nın Milli Assosiasiyalar Departamentinin rəhbəri Elxan Məmmədov Rusiya Futbol İttifaqının (RFS) növbədənkənar konfransında deyib.

Konfransda çıxış edən AFFA-nın keçmiş baş katibi və icraçı vitse-prezidenti FİFA və RFS-in səmərəli əməkdaşlığı davam etdiklərini bildirib.