Mutu istədi, "Neftçi" almaniyalı futbolçu ilə danışıqlara başladı
Heyətini gücləndirməyə çalışan “Neftçi” Rusiyadan futbolçu gətirməyə hazırlaşır.
Mediasport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu “Spartak”ın sol cinah müdafiəçisi, almaniyalı Leon Klasseni transfer etmək istəyir.
Tərəflər arasında danışıqlar aparılır.
Rusiyanın aşağı yaş qrupu üzrə yığmalarında çıxış etmiş milliləşdirilmiş futbolçu “Münhen-1860” (Almaniya) və “Tirol” (Avstriya) klublarında forma geyinib.
2021-ci ilin dekabrından Moskva klubunda oynayan 23 yaşlı müdafiəçinin paytaxt klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, "Spartak"ın heyətində cəmi 13 oyun keçirib, Rusiya Kubokunda 2 qolu var.