"Beşiktaş"da məşqçi dayanmır! - Rəhbərlik Santosu da göndərib

  "Beşiktaş"da məşqçi dayanmır! - Rəhbərlik Santosu da göndərib

"Beşiktaş" baş məşqçi Fernando Santosla vidalaşıb.

Mediasport.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Santos bu ilin yanvarında "qara qartallar"ın baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında keçirdiyi 16 oyunda 7 qələbə qazanıb, 4 heç-heçə edib, 5 dəfə isə məğlub olub.

Cari mövsüm qeyri-sabit çıxış edən İstanbul nəhənginin baş məşqçi postundan əvvəlcə Şenol Günəş, sonra Burak Yılmaz (baş məşqçi əvəzi) və nəhayət, Rza Çalımbay istefaya göndərilib.