DÇ-2030: Mundial tarixdə ilk dəfə 3 qitənin 6 ölkəsində təşkil ediləcək
Futbol üzrə dünya çempiontı 2030-cu ildə tarixdə ilk dəfə 3 qitədə (Amerika, Avropa və Afrika ) və 6 ölkədə (İspaniya, Portuqaliya, Mərakeş, Uruqvay, Argentina, Paraqvay) keçiriləcək.
Mediasport.az xəbər verir ki, dünya futbol təşkilatı FİFA mundialın oyun bölgüsünü açıqlayıb.
Dördilliyin zirvə yarışının açılış oyunu olmaqla ilk 3 matçı Cənubi Amerikada - Uruqvay, Argentina və Paraqvayda baş tutacaq. İspaniyanın 11, Portuqaliyanın 3 və Mərakeşin isə 1 stadionu final mərhələsinin qarşılaşmalarını qəbul edəcək.
DÇ-nin görüşləri ümumilikdə 18 stadionda təşkil olunacaq.
Məhz final matçının 2025-ci ildə Mərakeşin Kasablanka şəhərində tikilib istifadəyə veriləcək 90 min azarkeş tutumlu yeni stadionda keçiriləcəyi nəzərdə tutulub.