"Neftçi" 21 pillə yüksəldi, "Qarabağ" 4 addım gerilədi - Dünya reytinqi

"Neftçi" 21 pillə yüksəldi, "Qarabağ" 4 addım gerilədi - Dünya reytinqi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

mediasport.az xəbər verir ki, 302 klubun yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” və “Neftçi” var.

Ağdam təmsilçisi ötən ayla müqayisədə 4 pillə geriləyib. Son çempion 138,5 xalla 71-ci sırada qərarlaşıb.

Aktivində 67 xal olan “Neftçi” 21 pillə irəliləyərək 287-ci sıraya yüksəlib.

Reytinqə əvvəlki kimi “Real” başçılıq edir - 313 xal. 279 xal toplayan “Mançester Siti” ikinci sıraya qalxıb. Braziliyanın “Flamenqo” klubu 278 xalla 3-cüdür.