"Qarabağ"ın çılğın azarkeşləri VAR sisteminin naqillərini yandırdı
AFFA İntizam Komitəsi futbol üzrə Azərbaycan Premyer Liqasının 34-cü turunun "Səbail" - "Qarabağ" oyunundan sonra Bayıl stadionunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
mediasport.az xəbər verir ki, qərara əsasən, "Qarabağ" görüş başa çatandan sonra meydana axışan azarkeşlərinin VAR sisteminə vurduğu ziyanı qarşılamalıdır.
Ağdam klubunun 3:0 hesabı ilə qalib gəldiyi matç bitdikdən sonra "köhlən atlar"ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiyi üçün VAR sisteminin naqilləri yanıb.
"Səbail" klubu qarşılaşmada ictimai təhlükəsizlik düzgün təşkil olunmadığına görə 4000 manat məbləğində cərimələnib.
Ağdam təmsilçisi isə meydana kənar şəxslərin girməsinə görə 1600, fanatların pirotexniki vasitədən istifadəsi ucbatından 800 manat ziyana düşüb.