SON DƏQİQƏ! FİFA Mahir Emreli haqqında qərar verdi

SON DƏQİQƏ! FİFA Mahir Emreli haqqında qərar verdi

FİFA “Dinamo” və Azərbaycan millisinin forvardı Mahir Emrelinin cəzasını ləğv edib.

MediaSport.az xəbər verir ki, 25 yaşlı futbolçu "Legiya"ya olan borcunu ödəyib. "Qarabağ"dan azad agent kimi "Legiya"ya keçmiş forvard səkkiz aydan sonra klubla müqaviləsinə xitam verərək "Dinamo"ya transfer olmuşdu. Bununla belə, Emreli Varşava klubuna 100 min avro borcunu ödəməmişdi. 

"Dinamo"un mətbuat xidməti isə Emrelinin məsələsi ilə bağlı paylaşım edərək, onun oynamasına icazə verdiyini açıqlayıb: "Dinamo"nun əsas komandasının futbolçusu Mahir Emreli keçmiş klubu "Legiya"ya qarşı bütün maliyyə öhdəliklərini yerinə yetirib və sabiq komandası ilə qarşılıqlı razılıq əldə edib. Bu gün "Dinamo" FİFA-nın forvard üçün intizam prosedurunu ləğv etdiyi qərarını alıb və beləliklə, o, karyerasına "Dinamo"da davam etmək hüququna malikdir".