Darmadağın edilən "Şəki"nin çalışdırıcısı açıqlama verib
Azərbaycan Basketbol Liqasının 9-cu turu çərçivəsində "Şəki" evdə "NTD-İndiqo"ya uduzub (54:120).
Mediasport.az xəbər verir ki, meydan sahiblərinin çalışdırıcısı Aleks Uco oyunla fikirlərini bölüşüb:
"Dünən həm hücumda, həm də müdafiə strategiyasında pis oynadıq. 19 xal itkisi və rəqibimizin bundan 33 xal toplaması güclü rəqabət aparmaq istəyən komanda üçün böyük geriləmədir. Komanda ilə sərt mübarizə aparmaq və matçda aktiv qalmaq sözü vermişdik".
Uco sonradan mübarizə qoşulan basketbolçulardan da söz açıb:
"66 xallı yüksək fərqlə niyə uduzduğumuzu göstərən statistik hesabatı sizə təqdim edə bilərəm. Ehtiyatdan meydana çıxan basketbolçular oyunumuzda yüksəliş edə bilmədilər. Hər halda, biz hələ də ağır məşqlərə davam edib, hücum və müdafiə planında oyunumuzu düzəltməyə çalışacağıq".
Xatırladaq ki, "Şəki" 9 xalla çempionatın sonuncu pilləsində qərarlaşıb.