Milli komandamız Avropa çempionatında final matçına çıxır

Milli komandamız Avropa çempionatında final matçına çıxır

Basketbol üzrə qızlardan ibarət U-16 Azərbaycan milli komandası Cəbəllütariqdə keçirilən Avropa çempionatının C divizionunda yarımfinal görüşünə çıxıb.

Mediasport.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi yığmamız Albaniya seçməsi ilə qarşılaşıb.

Matç komandamızın 92:62 hesablı qələbəsilə başa çatıb.

Divizionda finala çıxan basketbolçularımız bu gün həlledici dueldə Kipr millisi ilə üz-üzə gələcəklər.

Oyun Bakı vaxtilə saat 20:15-də başlanacaq.