"Sabah çətin oyun olacaq, "Qarabağ" keyfiyyətli rəqibdir"
"Sabah çətin oyun olacaq. "Qarabağ" keyfiyyətli rəqibdir, hər il Avropa yarışlarında iştirak edirlər".
Mediasport.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Braqa"nın baş məşqçisi Artur Jorje deyib.
İlk matç çərçivəsində sabah Portuqaliyada Azərbaycan çempionunu qəbul edəcək komandanın çalışdırıcısı görüşdən öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Qarabağ" ölkə çempionatında da uğurla çıxış edir. Cavab qarşılaşmasına vacib üstünlük qazanmaq istəyirik. Bunun üçün sabah qələbə qazanmağa çalışacağıq. Təbii ki, rəqib də özünü göstərmək, fərqlənmək istəyəcək. Buna da hazır olmalıyıq".
"Braqa" - "Qarabağ" oyunu sabah Bakı vaxtilə saat 00:00-da başlanacaq.